ABŞ-dakı “Türk evi”nə hücum edildi
Ölçü:


Türkiyənin Nyu-York Konsulluğunun yerləşdiyi "Türk Evi"nə hücum edilib.

Koordinat.az
xəbər verir ki, Türkiyə vətəndaşları prezident seçkilərinin ikinci turu üçün səs verən zaman naməlum şəxslər binaya hücum edib. Hadisə zamanı binanın ön şüşələri sındırılıb. Xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Xatırladaq ki, ABŞ-ın Nyu-York şəhərində yerləşən “Türk Evi” 2021-ci il sentyabrın 20-də açılıb. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT-nin Baş katibi Antoniu Quterreş və BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələn dövlət və hökumət nümayəndələri iştirak edib.
22.05.2023 15:50:00
Oxuma sayı: 840