Ukraynalı hərbçilər F-16 təlimlərinə başlayıb
Ölçü:


Ukraynalı hərbçilər artıq F-16-larla təlimə başlayıblar.

Koordinat.az
xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borel deyib. O, G7 ölkələrinin liderlərinin Ukraynaya F-16 qırıcılarının verilməsi ilə bağlı mövqeyini dəstəklədiyini bildirib.

"Ukraynalı pilotların təlimləri artıq başlayıb. Bu, görüləcək ilk işdir. Ümid edirəm ki, tezliklə biz Ukraynanı güclü silahlarla təmin edə biləcəyik", - Borel bildirib.


22.05.2023 15:25:00
Oxuma sayı: 848