Rusiyalı səfirdən ABŞ-a xəbərdarlıq: “Krıma zərbə endirmək Rusiyaya hucum sayılacaq”
Ölçü:


Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ABŞ-a xəbərdarlıq edib.

Koordinat.az xəbər verir ki, səfir Krıma ABŞ silahları ilə zərbə endiriləcəyi təqdirdə cavab veriləcəyini bildirib: “ABŞ administrasiyasına Krımla bağlı belə qeyri-ciddi mühakimələr, xüsusən Kiyevin yarmadaya hava hucumlarına “xeyir-dua” verməsi ilə bağlı  xəbərdarlıq edirəm. Həmin əraziyə zərbə Rusiyanın digər hər hansı subyektlərinin birinə hucum kimi qiymətləndiriləcək. ABŞ Rusiyanın cavab tədbirlərinin necə olacağı ilə bağlı özünə hesabat verməsi vacibdir”.

Antonov səfirliyin telegram kanalında yazıb ki, Vaşinqton Kiyevə F-16-lar verməklə və Krıma zərbələri dəstəkləməklə yanaşmasını sərt şəkildə kəskinləşdirib. Onun sözlərinə görə, bu ABŞ-ın sülhün əldə edilməsində maraqlı olmadığını nümayiş etdirir.

“ABŞ “özgə əli” ilə bizə müqavimət göstərir”- yazan səfir bildirib ki, Ukraynanın F-16-ları istismara vermək üçün infrastrukturu yoxdur.

“ABŞ qırıcıları NATO hava limanlarından əcnəbi “könüllülərin” idarəsi ilə uçacağı halda nə baş verəcək?”-deyə səfir sual edib.
22.05.2023 11:39:00
Oxuma sayı: 1604