Bakı və İrəvan sülh sazişinin bir neçə maddəsi üzrə razılığa gəlib
Ölçü:

İrəvanla Bakı arasında kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası prosesi üçün anlaşma əldə edilib.

Koordinat.az
xəbər verir ki, bunu Moskvada keçirilən üçtərəfli görüşdə Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan deyib. O əlavə edib ki, bu, Alma-Ata müqaviləsinə əsaslanan delimitasiya prosesidir: “Həm Azərbaycan tərəfi, həm də digərləri bu prosesin parametrlərinin daha da konkretləşdirilməsi üzərində işləməlidir. İki ölkə liderlərinin razılaşdıqları birgə bəyanatda deyildiyi kimi eskalasiyanın qarşısının alınmasının və güc tətbiqindən çəkinməyin vacibliyini vurğulamaq istərdim. Ermənistan liderlərimizin noyabrın 9-da və ondan sonrakı bütün üçtərəfli bəyanatlara sadiq qalır ”.

Mirzoyan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə danışıqların növbəti raundunu dəvət etdiyinə və təşkil etdiyinə görə Rusiyaya minnətdarlığını bildirib: “Təklif olunan sülh sazişinin bir neçə maddəsi üzrə əldə olunmuş irəliləyişi qeyd etmək istərdim”.
19.05.2023 18:05:00
Oxuma sayı: 1489