Nazir sahibkarları işğlan azad edimiş ərazilərə investisiya qoymağa çağırdı
Ölçü:


Sahibkarları işğaldan azad olunmuş ərazilərin bərpasına və tikintisinə investisiya qoymağa çağırırıq.

oordinat.az
xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çərşənbə axşamı "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda tədbirdə deyib. Onun sözlərinə görə, hökumətin qarşısında duran əsas vəzifə işğaldan azad olunmuş ərazilərin bərpası ilə əlaqəlidir. Bir sıra rayon və şəhərlərin baş planları artıq təsdiqlənib, təməl infrastrukturun yaradılması üzrə işlər tam sürətlə davam edir.

Nazir hökumətin investorlara və sahibkarlara lazımı dəstəyi göstərdiyini vurğulayıb. O qeyd edib ki, Araz Vadisi İqtisadi Zonasında və Ağdam Sənaye Parkında sahibkarlar üçün əlverişli şərait yaradılıb. Bu tədbirlər işğaldan azad olunmuş ərazilərdə investisiyaların cəlbinə, sahibkarlığın inkişafına xidmət edəcək.

"Bütün bunlar bir daha göstərir ki, dövlət daima sahibkarların yanındadır və biz nəticəyönümlü tədbirlərin, təsirli dəstək və təşviq mexanizmlərinin köməyilə özəl sektorun dayanıqlı və etibarlı inkişafına nail oluruq", - M.Cabbarov deyib.
25.04.2023 13:15:00
Oxuma sayı: 8616