Putin Ukraynanın acığına iqtisadi azadlıqları genişləndirəcək
Ölçü:

“Qərbin sanksiyalarına iqtisadi azadlıqları genişləndirməklə və inzibati maneələri azaltmaqla cavab vermək lazımdır”.

Koordinat.az
xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. O, qeyd edib ki, son illərdə Rusiyaya qarşı real sanksiya təcavüzü baş verib. Bununla belə, Rusiya iqtisadiyyatı, biznesi və sahibkarları bütün bu çağırışlara adekvat cavab verir.

Rusiya prezidentinin sözlərinə görə, bu genişmiqyaslı işdə həddindən artıq inzibati maneələrin aradan qaldırılmasına çalışılmalıdır.

“Biz öz bədxahlarımızın və düşmənlərimizin bütün hərəkətlərinə bir şeylə – iqtisadi azadlıqların genişləndirilməsi ilə cavab verməliyik”, – Putin deyib. Həmçinin əlavə edib ki, hər şey qanun çərçivəsində olmalıdır.


16.03.2023 17:27:00
Oxuma sayı: 1601