Kreml: “Rusiya İsveç və Finlandiya üçün heç vaxt təhlükə yaratmayıb”
Ölçü:


“Kreml İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyindən təəssüflənir”.

Koordinat.az
xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Peskovun sözlərinə görə, Rusiya bu dövlətlər üçün heç vaxt təhlükə yaratmayıb: “Finlandiya və İsveçin bu mövqeyinə təəssüfləndiyimizi dəfələrlə bildirmişik. Dəfələrlə deyilib ki, Rusiya bu ölkələr üçün heç bir təhlükə yaratmır. Çünki bizim bu ölkələrlə heç bir mübahisəmiz yoxdur və bu ölkələr heç vaxt Rusiyaya qarşı olmayıblar”.

Qeyd edək ki, Finlandiya və İsveç 2022-ci ilin mayında NATO-ya üzv olmaq üçün müraciət ediblər.

16.03.2023 15:49:00
Oxuma sayı: 1673