Rusiya və Suriya liderləri Moskavada nədən danışıblar...
Ölçü:


“Vladimir Putin və Bəşər Əsəd Kremldəki danışıqlar zamanı hərbi-texniki sahədə əməkdaşlığı, həmçinin Türkiyə-Suriya münasibətlərinin normallaşdırılmasını müzakirə ediblər”.

Koordint.az
xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib: “Yaxın həftələr, aylar ərzində ticari-iqtisadi əməkdaşlığa dair ən mühüm sənədin imzalanmasına imkan verəcək qərar qəbul edilib. Hərbi-texniki əməkdaşlıq kimi həssas sahələrdə əməkdaşlığımız da müzakirə olunub. Məlum səbəblərə görə danışıqların bütün nəticələri açıqlana bilməz”.

Peskov Bəşər Əsədlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş ehtimalına da münasibət bildirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə bir sıra təmaslar aparılır: “Bu təmaslar davam etdiriləcək”.

16.03.2023 14:47:00
Oxuma sayı: 1034