Elmi işlərin müdafiəsində 80-dək plagiat halı aşkarlanıb
Ölçü:

Elmi işlərin müdafiəsi zamanı 80-ə yaxını plagiat halı aşkarlanıb.

Koordinat.az
xəbər verir ki, bunu Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev AMEA-nın Ümumi yığıncağında deyib. O bildirib ki, bəzən müdafiə edən şəxsin müdafiə etdiyi elm sahəsi haqqında elementar biliklərə sahib olmadığı görülür: "Bu, həmin müəssislərdə bu işin hansı səviyyədə təşkil olunduğunu göstərir. Bu vaxta qədər həmin müəssisələr və şəxslərin adı etik qaydalar çərçivəsində açıqlanmırdı. Amma gələcəkdə komissiyanın adına xələl gətirən belə müəssisə və şəxslərin adları rəsmi saytda açıqlana bilər".

16.03.2023 12:48:00
Oxuma sayı: 5766