471 nəfərə fəlsəfə və elmlər doktoru, 21 nəfərə professor elmi dərəcəsinin verilməsindən imtina edilib
Ölçü:


2020-ci ildən 2023-cü ilin mart ayındadək 900 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib, 427 nəfərə imtina edilib.

Koordinat.az
xəbər verir ki, bunu Akademiyanın Ümumi yığıncağında Ali Attestasiya Komissiyasının sədri, iqtisad elmləri doktoru, professor Famil Mustafayev deyib. O bildirib ki, eyni dövrdə 168 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib, 44 nəfərə isə imtina verilib.

Elmi adların verilməsi barədə statistikanı açıqlayan sədr bildirib ki, 372 nəfərə dosent adı, 66 nəfərə isə imtina cavabı verilib. Qeyd olunan dövrdə 62 nəfərə professor elmi dərəcəsi verilib, 21 nəfərə isə imtina cavabı verilib.

16.03.2023 12:34:00
Oxuma sayı: 1075