Nazir ali mətəblərə qəbul sistemindən narazıdır - arqumentləri əsaslıdırmı?
Ölçü:


Martın 13-də Milli Məclisin Elm və təhsil komitəsində "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib.

Koordinat.az xatırladır ki, dinləmədə deputatlarla yanaşı, elm və təhsil naziri Emin Əmrullayev və nazirliyin digər vəzifəli şəxsləri, rektorlar iştirak ediblər. Nazir çıxışı zamanı ali təhsil müəssisələrinə qəbul sistemində problemlərin olduğunu söyləyib. Onun fikrincə, əsas problemlərdən biri ixtisas seçimi ilə bağlıdır: “Abituriyentlər ixtisas seçimi ilə bağlı yanlışlıqlar edirlər. Bu gün bəzi abituriyentlər ixtisası yazırlar, əgər birinə düşmürsə, o birinə düşür. Bu da ixtisaslaşmada problem yaradır. Bununla bağlı statistika yüksəkdir”.

Nazirin çıxışından sonra test sisteminin ləğv olunması barədə müxtəlif fikirlər və təkliflər ortaya atılıb. Sosial şəbəkələrdə açılan müzakirələrdə buna səbəb kimi testin bilik vermədiyi, əzbərçiliyi aşıladığı göstərilib.
16.03.2023 10:00:00
Oxuma sayı: 5710