Gürcüstan müxalifətinin hakimiyyətdən üç tələbi var
Ölçü:


Tbilisidə parlament binası qarşısında etiraz aksiyası təşkil eədn müxalifyönlü Mühafizəkarlar Hərəkatı Partiyası Gürcüstan hakimiyyətinə üç tələb irəli sürüb.

Koordinat.az xəbər verir ki, tələblərindən biri “xarici agentlər” haqqında qanunla bağlı referendumun keçirilməsidir.

Müxalifət həmçinin 5 iyul 2021-ci il mitinqindən sonra saxlanılan LGBT əleyhinə mühakimə olunanların azadlığa buraxılmasını tələb edib.

“Mühafizəkarlar”ın üçüncü tələbi “xarici agentlər” haqqında qanuna etirazlar zamanı Tbilisinin mərkəzində avtomobilləri yandıran şəxslərin cəzalandırılmasıdır.


14.03.2023 17:45:00
Oxuma sayı: 1562