İsrailin müdafiə naziri Azərbaycanla danışıqlardan məmnundur
Ölçü:


İsrailin müdafiə naziri Yohav Qallant Azərbaycan rəsmiləri ilə danışıqlar barədə məlumat paylaşıb.

Koordinat.az xəbər verir ki, o, tviter səhifəsində bu barədə yazıb.

"Bu səhər Azərbaycandan həmkarlarım - müdafiə naziri və Sərhəd Xidmətinin rəisi ilə danışdım. Ölkələr arasındakı təhlükəsizlik və müdafiə əməkdaşlığından və bunu gücləndirmək üçün qarşılıqlı öhdəliklər barədə söhbət etdik. İsrail və Azərbaycan arasındakı əlaqələrin dərinləşdirilməsi stabilliyin möhkəmlənməsinə və regional sülhün dəstəklənməsinə kömək edəcək", - deyə nazir qeyd edib.

 



01.02.2023 16:12:00
Oxuma sayı: 1064