23 min azərbaycanlı Rusiya vətəndaşlığını qəbul edib
Koordinat.az xəbər verir ki, bu barədə “RBK” agentliyi məlumat yayıb. Belə ki, 2022-ci ildə Azərbaycandan olan 23 min nəfər Rusiya vətəndaşlığına qəbul edilib. Bu göstərici ilə Azərbaycan 6-cı yerdə qərarlaşıb.
Qeyd edək ki, keçən il Rusiya vətəndaşlığı alanların 43 faizi (təxminən 297 min nəfər) ukraynalılar olub. İlk üçlükdə Tacikistan (174 min nəfər) və Ermənistan (45 min nəfər) yer alıb.
01.02.2023 12:41:00
Oxuma sayı: 631