Azərbaycanda 2000-ə yaxın qaçqın və sığınacaq axtaran var
Ölçü:

Hazırda ölkə ərazisində 76-sı Dövlət Miqrasiya Xidmətinin (DMX) və digərləri BMT QAK-ın Azərbaycan nümayəndəliyinin qeydiyyatında olmaqla 2000-ə yaxın qaçqın və sığınacaq axtaran yaşayır.

Koordinat.az
xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb. Bildirilir ki, 2022-ci il ərzində Türkiyə vətəndaşlarına ümumilikdə 14 202 yaşama icazəsi verilib.

Qeyd edək ki, Azərbaycanın tərəfdar olduğu beynəlxalq sənədlərə və milli qanunvericiliyə uyğun olaraq əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda "Qaçqın" statusu almaq üçün müraciət edə bilirlər.


31.01.2023 17:40:00
Oxuma sayı: 634