Günün sualı: Moskvada olan Arutyunyan Qarabağdan hansı yolla çıxıb?
Ölçü:

Qarabağda separatçı-terrorçu rejimin baçşısı Araik Arutyunyan Moskvaya gedib.

Koordinat.az xəbər verir ki, erməni mətbuatındsa separatçı liderin Moskvaya səfəri, onun məqsəd və məramları barədə xeyli məlumatlar yayıb. Ancaq Xankəndidə yaşayan və "iş yeri" bu şəhərdə olan Arutyunyanın Qarabağdan hansı yolla çıxdığı barədə dəqiq məlumat verilmir.

Nəzərə alsaq ki, Xankəndi-Şuşa-Laçın-Gorus yolu ilə gediş-gəliş 51 gündür bu ərazidə oturaq aksiya keçirən azərbaycanlı ekofəalların gözü qarşısındadır, onda Arutyunyanın Qarabağdan hansı yolla çıxdığı maraqlıdır. Məsələ burasındadır ki, yolda olan etirazçılar da sülhməramlıların nəzarəti ilə Qarabağdan Ermənistana keçən maşınlarda separatçı lideri görməyiblər. Hər halda son bir gündə bu barədə hər hansı məlumata rast gəlinməyib.

Belə olan halda maraqlı sual ortaya çıxır: Moskvaya səfər edən Araik Arutyunyan Qarabağdan Ermənistana hansı yolla gedib? Laçın yolunda aksiyaların davam etdiyi şəraitdə separatçı lider Qarabağdan Rusiya sülhməramlılarına məxsus avtomobillərdə çıxıb, yoxsa başqa yollar da var?
31.01.2023 16:54:00
Oxuma sayı: 1103