12 ölkə Ukraynaya 100 tank verəcək
Ölçü:


Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın müttəfiqləri arasında keçirilən danışıqlarda 12 ölkə Ukrayna Silahlı Qüvvələrinə 100-ə yaxın "Leopard 2" tankının tədarükü barədə razılığa gəlib.

Koordinat.az
xəbər verir ki, bu barədə ABC telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb. Polşa, Finlandiya, İspaniya, Niderland və Danimarka Ukrayna Silahlı Qüvvələrinə silah təhvil verməyə razılaşan ölkələr sırasındadır. Lakin ölkələr tankları tədarük etmək üçün Almaniyanın icazəsini almalıdır.

Bildirlir ki, Böyük Britaniyanın Ukraynaya 14 “Challenger 2” tankının təhvil verilməsini elan etməsi Almaniyanın "Leopard 2"nin tədarükünə icazə verməsi üçün “simvolik jest”dir.

Bayden administrasiyası isə Ukraynaya "M1 Abrams" tankları göndərməyi düşünür. Bildirilir ki, Ağ Ev bununla Almaniyanı Ukraynaya "Leopard 2" tankları göndərməyə razı salmağa ümid edir. Məlumata görə, ABŞ Kiyevə cəmi 10 tank göndərməyi planlaşdırır.
 
24.01.2023 18:12:00
Oxuma sayı: 118