748 ukraynalı əsirin siyahısı Rusiyaya verildi
Ölçü:


Ukrayna 748 əsirin siyahısını Rusiya tərəfinə təhvil verib.

Koordinat.az BBC-yə istinadən xəbər verir ki, bunu Ukrayna ombudsmanı Dmitri Lubinets deyib. Onun sözlərinə görə, rəsmi Kiyev 748 xəstə və ağır yaralı ukraynalı əsirlərin siyahısını dəqiqləşdirmək üçün Rusiya tərəfinə verib: "Onların hansı vəziyyətdə, harada saxlandıqları barədə praktiki olaraq heç bir məlumatımız yoxdur. Bu siyahının yoxlanılmasının nəticələri, həmçinin Ukrayna tərəfinə verilmiş yaralı rus hərbi əsirlərinin siyahısı məsələ ilə bağlı gələcək danışıqların mövzusu olacaq. Ukrayna 2014-cü ildən bəri Rusiya əsirliyində olan hər kəsi geri qaytarmaq istəyir".

"Türkiyə ukraynalıların qaytarılmasına kömək etmək istəyir. Prezident Rəcəb Tayyib Ərdoğan danışıqlar missiyasını üzərinə götürüb. Ona görə də ümid edirəm ki, proses irəliləyəcək və ukraynalılar öz vətənlərinə qayıda biləcəklər", - deyə ombudsman söyləyib.
24.01.2023 17:58:00
Oxuma sayı: 110