Avropa İttifaqının yeni missiyası Qarabağ məsələsində heç nəyi dəyişməyəcək
Ölçü:


Avropa İttifaqının Ermənistan və Azərbaycan sərhədinə 100 müşahidəçidən ibarət yeni missiya göndərmək barədə qərarı heç nəyi həll etməyəcək.

Koordinat.az xəbər verir ki, politoloq Zərdüş Əlizadə bu qənaətdədir. O, bildirib ki, Avropa İttifaqının bu addımı Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesində də heç nəyi dəyişməyəcək. “Avropa İttifaqı nə qədər istəyir missiya göndərsin. İstəyir lap Zəngəzura yox, İrəvana göndərsin. Bunun Qarabağ probleminə hər hansı təsirinin olacağını düşünmürəm”.

Zrədüşt Əlizadə vurğulayıb ki, Qarabağ probleminin birdəfəlik həllinə və bununla da bölgədə dayanıqlı sülhə nail olunması Azərbaycan və Ermənistan xalqı arasında barışıq əldə olunmalıdır: “Bu problemi üçüncü tərəfin iştirakı olmadan iki xalq özü həll etməlidir”.

24.01.2023 15:31:00
Oxuma sayı: 97