Rusiya Laçın yolu ilə bağlı dialoqu davam etdirməyə çalışır
Ölçü:


“Rusiya üçtərəfli sazişin tərəflərindən biri kimi Azərbaycan və Ermənistanla dialoqda gərgin işi davam etdirir”.

Koordinat.az
xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində deyib. Peskova ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan prezidenti İlham Əliyevə Laçın dəhlizinin dərhal açılması  çağırışı ilə bağlı sual verilib. O da bildirib ki, Moskva bu çərçivədə öz öhdəliklərini yerinə yetirməyə davam edir: “Rusiya iki il əvvəl imzalanmış üçtərəfli saziş və sənədlərin tərəflərindən biri kimi öz öhdəliklərini yerinə yetirməkdə davam edir”.

Qeyd edək ki, Blinken Azərbaycan prezidenti İlham Əliyevi Ermənistanla ikitərəfli sülh danışıqlarında səylərini artırmağa və Laçın dəhlizinin blokunu açmağa çağırıb. Onun sözlərinə görə, bu, kommersiya mallarının hərəkətini bərpa etmək və humanitar böhran riskini azaltmaq üçün lazımdır.

Azərbaycan prezidenti isə Ermənistan hakimiyyətinin Bakının Laçın dəhlizinin bağlanması ilə bağlı yalan məlumatlar yaydığını bildirir. Prezident bu cür açıqlamaları növbəti antiazərbaycan şousu adlandırıb və qeyd edib ki, bu yaxınlarda dəhlizdən humanitar yardım aparan Rusiya sülhməramlılarının 400-ə yaxın yük maşını keçib.

24.01.2023 15:12:00
Oxuma sayı: 101