Ekspertdən sərt açıqlama: “10 milyon manata qurulmuş sistemin çökməsi biabırçılıqdır”

“İpoteka və Kredit Zəmanət Fondu bu gün “Elektron ipoteka və kredit zəmanət” sisteminin çökməsi ilə bağlı absurd bir açıqlama verib. Sadəcə biabırçılıqdır! Dövlət qurumunda eyni bir səhv nə qədər təkrarlana bilər?”
Koordinat.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu gün onlayn satış zamanı proqram sistemində yaranmış problemi şərh edərkən bildirib. Ekspertin sözlərinə görə, qurum “əvvəlki dövrlə müqayisədə daha çox müraciətlərin olması” səbəbindən bu günə təyin edilmiş ipoteka kreditləri üzrə müraciətlərin qəbulu prosesini qısa müddətə təxirə saldığını açıqlayıb: “Hətta bu tip səbəbin özünün belə elan olunması biabırçılıq və dövlət qurumuna şərəf gətirməyən bir haldır. Hazırlanması üçün cəmi iki ilə 10 milyon manat vəsait alan, saxlanması və dəstəklənməsi üçün, auditi üçün hər il yüz minlərlə vəsait ayrılan bir dövlət resursu necə çökə bilər axı? Əvvəllər də eyni səbəblərdən çökən bir dövlət resursuna yetərincə vəsaitlər ayrılmasına baxmayaraq nə üçün normal bir vəziyyətə gətirilmir?”
24.01.2023 14:34:00
Oxuma sayı: 99