15 erməni hərbçinin ölümü ilə bağlı yeni iddia: zəhərləyib sonra yandırıblar
Ölçü:


Ötən həftə Ermənistanın Geğarkunik vilayətindəki hərbi hissələrdən birində baş vermiş partlayış və yanğında ölən əsgərlərin valideynləri istintaqın elan olunan rəsmi versiyasına inanmırlar.

Koordinat.az
"Hraparak"a istinadən xəbər verir ki, ölən hərbçilərdən Rostom Asryanın atası Artak hesab edir ki, əsgərlər zəhərlənib və yanğın başlayanda onlar artıq ölmüş olublar. Onun sözlərinə görə, hərbçilərin yaşadığı hissə köhnə olub, taxtadan tikilib və qapılar bir neçə nəfər tərəfindən asanlıqla sındırıla bilərdi.

"Asryanın anası inanmır ki, böyük adam beş litrlik benzin qutusu ilə sobanı yandırmağa cəhd edə bilər. O, yanğın zamanı bayırda pəncərələri sındıran insanların qışqırığından gənc oğlanların necə oyanmadığını anlamır. Onun oğlu artıq dəfn olunub", - deyə Hraparak yazıb.

Asryandan DNT nümunəsi götürməyə müvəffəq olunub və nəticələr öyrəniləcək.

Qeyd edək ki, rəsmi məlumata əsasən, istilik təhlükəsizliyi qaydalarına riayət olunmaması səbəbindən hadisə nəticəsində 15 hərbi qulluqçu həyatını itirib, xeyli yaralanan olub.
24.01.2023 12:45:00
Oxuma sayı: 106