Zelenskiyə təşəkkür edib istefa verdi
Ölçü:


Ukrayna Prezident Aparatı rəhbərinin müavini Kiril Timoşenko istefa ərizəsi yazıb.

Koordinat.az
xəbər verir ki,  bu barədə Timoşenkonun özü “Teleqram” kanalında məlumat yayıb. O, istefası ilə bağlı yayılan xəbərləri ilk dəfə rəsmən təsdiq edib.

“Ukrayna prezidenti Vladimir Zelenskiyə etimada və hər gün və hər dəqiqə yaxşı işlər görmək imkanına görə təşəkkür edirəm. Rayon hərbi idarələrinin hər bir rəhbərlərinə təşəkkürlər. Biz ölkənin ən güclü komandasını qura bildik”, – Timoşenko yazıb.

Onun yerini Kiyev vilayət administrasiyasının rəhbəri Aleksey Kulebanın tutacağı deyilir. Timoşenkonun özü isə Xerson vilayəti hərbi administrasiyasının rəhbəri təyin oluna bilər.

Ali Radanın deputatı Aleksey Qonçarenko daha əvvəl bildirmişdi ki, Kiril Timoşenko və bir nazirin istefası ilə bağlı etibarlı mənbələrdən məlumat alıb.
24.01.2023 10:59:00
Oxuma sayı: 106