Ukraynada 4 vilayətin hərbi rəhbəri istefa verdi

Koordinat.az xəbər verir ki, Sumı vilayətinin hərbi administrasiya rəhbəri Dmitri Jivitski, Dnepropetrovsk vilayətinin rəhbəri Valentin Rezniçenko, Zaporojye və Xerson vilayətlərinin hərbi rəhbərləri Aleksandr Starux və Yaroslav Yanuşeviç eyni vaxtda istefa veriblər. İstefaların dəqiq səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenskinin çıxışında və hakim "Xalqın Xidmətçisi" partiyasından verilən açıqlamalarda kadrlarla bağlı həlledici və konkret qərarların anonsu verilmişdi. Bundan sonra xeyli vəzifəli şəxs istefa verib.
24.01.2023 09:59:00
Oxuma sayı: 102