Ukrayna əsgərləri Rusiyanın 2 ədəd "Su-25" təyyarəsini, 1 helikopterini vurdu

Koordinat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, son sutka ərzində Ukrayna hərbçiləri Rusiyaya məxsus 2 ədəd Su-25 təyyarəsini, 1 ədəd Ka-52 helikopterini, 1 ədəd "Orlan-10" pilotsuz uçuş aparatı, 2 ədəd X-59 idarə olunan aviasiya raketini sıradan çıxarıb.
"Ukrayna aviasiyası son 24 saat ərzində düşmənin şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi rayonlara 8 zərbə endirib, o cümlədən zenit-raket kompleksi mövqeləri vurulub", - deyə məlumatda qeyd olunub.
24.01.2023 09:33:00
Oxuma sayı: 104