QHT Agentliyi yeni müsabiqələrə hazırlaşır
Ölçü:


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının bu il ilk onlayn iclası keçirilib.

Koordinat.az xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının Prezidentinə təqdim olunan Agentliyin 2022-ci il üzrə maliyyə və fəaliyyətinə dair hesabatı” layihəsi haqqında (ikinci müzakirə); “Agentliyin 2023-ci il Fəaliyyət Planı” layihəsi haqqında (ikinci müzakirə); “Agentliyin 2023-ci il üzrə maliyyə planlaşdırması və büdcəsi” layihəsi haqqında; “Agentliyin səfər qrantlarının verilməsi Qaydaları” layihəsi haqqında (ikinci müzakirə); “Agentliyin maliyəlləşdirdiyi qrant layihələri çərçivəsində xarici ölkələrdə təşkil olunan tədbirlərə dair Təlimat” layihəsi haqqında (ikinci müzakirə); “Agentliyin 2023-cü ildə nəzərdə tutulan qrant müsabiqələrinın mövzuları” layihəsi haqqında; Agentliyin İcraçı direktorunun təqdimatı haqqında məsələlər müzakirə edilib.
 
Gündəlikdə duran məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul edilib.

23.01.2023 18:40:00
Oxuma sayı: 133