Türkiyə ordusu 4500 terrorçunu məhv edib

Koordinat.az “TRT Haber”ə istinadən bildirir ki, Akar bu barədə Çanaqqala şəhərində çıxışı zamanı danışıb.
“İŞİD-ə qarşı üzbəüz savaşan tək ordu Türkiyə Silahlı Qüvvələridir. 4500 terrorçunu məhv edən də Türkiyə ordusudur”, - deyə nazir qeyd edib. Onun sözlərinə görə, “Pəncə-Kilid” əməliyyatı nəticəsində 491 terrorçu zərərsizləşdirilib: “Bu günə qədər olduğu kimi lazım olanları edəcəyik”.
02.12.2022 14:13:00
Oxuma sayı: 1201