Mirzoyan ATƏT-in baş katibi ilə görüşdü

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in baş katibi Helqa Şmidtlə görüşüb.
Koordinat.az xəbər verir ki, görüş ATƏT Nazirlər Şurasının Polşanın Lodz şəhərində keçirilən toplantısı çərçivəsində baş tutub. Bildirilib ki, görüş zamanı Azərbaycan-Ermənistan münasibətləri müzakirə mövzusu olub.
Qeyd edək ki, Azərbaycan XİN başçısı Ceyhun Bayramov da ATƏT Nazirlər Şurasının toplantısında iştirak etmək üçün Polşada səfərdədir.
02.12.2022 11:39:00
Oxuma sayı: 1213