Lavrovdan Bakı və Yerevana mesaj: "Yalnız Rusiyada olan xəritələr olmadan delimitasiya ilə bağlı danışıqları necə aparmaq olar?”
Ölçü:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan-Ermənistan danışıqları, habelə ATƏT-in Minsk Qrupunun taleyinə münasibət bildirib.

Koordinat.az
xəbər verir ki, Lavrov ABŞ və Fransanın ATƏT-in Minsk qrupunu dəfn etdiyini söyləyib: “Bununla bağlı bizim problemimiz yoxdur. Qərb Rusiya ilə heç bir formatda əməkdaşlıq edilməyəcəyini bəyan edib. Ona görə də erməni həmkarlarımız bizə Minsk qrupunu xatırladanda, biz onlara deyirik ki, bunu bizdən yox, ABŞ və Fransadan soruşun”.

Lavrov bildirib ki, Azərbaycanın qatılmadığı hər hansı vasitəçilik missiyası mənasızdır: “Azərbaycanlılar və ermənilər mədəni insandırlar. Onlar Brüsseldə delimitasiya prosesi ilə bağlı danışıqlara gedirlər. Amma mənə aydın deyil ki, yalnız Rusiyanın Baş Qərargahında olan xəritələr olmadan delimitasiya və sülh prosesi ilə bağlı danışıqları necə aparmaq olar”.
01.12.2022 14:59:00
Oxuma sayı: 1185