Türkiyə 2023 prezident seçkilərinə hazırlaşır
Ölçü:


Türkiyə növbəti prezident seçkilərinə hazırlaşır. 2023-cü il iyunun 18-də baş tutacaq prezident seçkilərində iqtidar düşərgəsinin namizədi bəllidir. Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dönəmdə də ölkəyə rəhbərlik etmək üçün seçki marafonuna qoşulacaq.

Koordinat.az
xəbər verir ki, Ərdoğanın əsas rəqibi 6 müxalifət partiyasının birləşdiyi “Millət ittifaqı”nın prezidentliyə namizədi olacaq. Bu cəbhədə Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlu, İYİ Partiyanın lideri Meral Akşener, Səadət Partiyasının sədri Temel Karamollaoğlu, Demokrat Partiyasının sədri Gültekin Uysal, Gələcək Partiyasının lideri Əhməd Davudoğlu, Demokratiya və Atılım Partiyasının başqanı Əli Babacan eyni düşərgədə yer alır.

Bu arada Türkiyədə gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı ölkə vətəndaşları arasında rəy sorğuları keçirilib.  “Areda Survey” təşkilatının 2023-cü il seçkilərinə dair keçirdiyi son sorğuda Ərdoğanın səsvermənin ikinci turuna keçəcəyi təqdirdə 4 namizədi (Kamal Kılıçdaroğlu, Maral Akşener, Əkrəm İmamoğlu, Mansur Yavaş) qabaqlayacağı qeyd olunub.

Türkiyədə keçirilən digər sorğu da maraqlı nəticələr ortaya çıxarıb. Belə ki, 3872 nəfər arasında aparılan sorğunun nəticələrinə əsasən, Ərdoğan seçkidə öz rəqiblərini böyük fərqlə geridə qoyacaq.
24.11.2022 13:40:00
Oxuma sayı: 284