Kiyev şəhərinin 70 faizi işıqsız qalıb
Ölçü:

Kiyev şəhərinin 70 faizində elektrik təminatı kəsilib, paytaxtın sol sahildə su təchizatı bərpa olunub.

Koordinat.az
 xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko özünün “Telegram” kanalında yazıb: “Energetiklər və mütəxəssisləri paytaxtın kommunal təminatını bərpa etmək üçün bütün gecə ərzində çalışıblar. Artıq şəhərin sol sahilində su xətlərini təmir etmişik, sağ sahildə isə təchizatın günün birinci yarısında bərpa olunacağı planlaşdırılır. Lakin Kiyevin 70 faizi hələ də işıqsız qalıb”.

Kliçko bildirib ki, mütəxəssislər enerji verilməsini mümkün qədər tez bərpa etmək üçün səylərini əsirgəmirlər.

Rusiya ordusunun Ukraynanın infrastruktur obyektlərinə endirdiyi raket zərbələri ölkənin bir çox regionunun, o cümlədən paytaxt Kiyevin elektrik və su təminatında ciddi problemlərə səbəb olur.
24.11.2022 12:53:00
Oxuma sayı: 1352