Lukaşenko Paşinyanı Azərbaycanla sülh razılaşması üçün addım atmağa çağırdı
Ölçü:


Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycan və Ermənistan arasında sülh yaratmaq istədiyini deyib.

Koordinat.az xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvanda KTMT-nin  iclasında çıxışı zamanı bildirib: “Sülh müqaviləsi üçün ilk növbədə Ermənistanın hərəkətə keçməsinə ehtiyac var”.

Rusiyanın ətrafındakı dövlətlərin kənardan manipulyasiya edildiyini deyən Lukaşenko Ukrayna, Belarus və Qazaxıstanda baş verən proseslərdən sonra Azərbaycan və Ermənistan arasındakı məsələnin  də gündəmdə olduğunu bildirib: “İstəyirik ki, bizə dost olan iki qonşu dövlət arasında məsələ sülh yolu ilə həll edilsin”.
24.11.2022 11:57:00
Oxuma sayı: 288