Kiyevə raket zərbələri zamanı 10 nəfər ölüb, 35 nəfər yaralanıb
Ölçü:


Rusiyanın noyabrın 23-də Ukraynaya raket zərbələri 10 nəfərin ölümünə səbəb olub.

Koordinat.az
xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri Denis Monastırski "Facebook" səhifəsində yazıb: “Rusiya Ukraynanın hər yerində dinc əhaliyə kütləvi raket zərbələri endirməkdə davam edir. Bu gün çoxmərtəbəli binalara üç dəfə zərbə endirilib. Təəssüf ki, 10 nəfər həlak olub. Yalnız oktyabrın 10-dan noyabrın 23-dək rusiyalılar ərazilərimizə 600-ə yaxın raket hücumu həyata keçirib”.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri isı Rusiyanın atdığı 70 qanadlı raketdən 51-i və 5 kamikadze dronun vurulduğunu açıqlayıb. Qeyd edilib ki, raketlər Rostov vilayətinin Volqodonsk şəhərindən və Xəzər dənizdən 10 ədəd “Tu-95MS” təyyarəsi, həmçinin Qara dənizdən 2 kiçik raket kateri vasitəsilə atılıb.

Ukraynanın cənubunda 5 ədəd “Lancet” pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

24.11.2022 09:59:00
Oxuma sayı: 1305