Lukaşenko: "Rusiya Ukraynada məğlub olsa, yerimiz onun qalıqları altında olacaq”
Ölçü:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) gələcəyi Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”ın uğurundan asılıdır.

Koordinat.az
xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin Ermənistanda keçirilən sammitində danışıb. Belarus lideri bildirib ki, son vaxtlar mətbuatda KTMT-nin həyat və aqibətinin Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”ın nəticəsindən asılı olduğu tezisləri inkişaf edir: “Rusiya qalib gəlsə, KTMT yaşayacaq. Allah eləməsin, qalib gəlməsə, KTMT mövcud olmayacaq”.

Lukaşenko qeyd edib ki, bu məsələdə Təşkilat vahid fikrə gəlib: “Əgər Rusiya çökərsə, o zaman bizim yerimiz onun qalıqları altında olacaq”.

24.11.2022 09:45:00
Oxuma sayı: 301