Türkiyədə zəlzələ nəticəsində 300-dən çox evə ziyan dəyib

Türkiyədə 5,9 bal gücündə zəlzələ nəticəsində 300-dən çox evə ziyan dəyib.
Koordinat.az xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin ekologiya və şəhərsalma naziri Murat Kurum bildirib: “Zəlzələdən dəyən zərərin iki gün ərzində hesablanması planlaşdırılır. Bu günə kimi 321 binanın zədələndiyi müəyyən edilib, onlardan 13-nə ağır ziyan dəyib”.

Kurum bildirib ki, çərşənbə günü axşam saatlarında zəlzələnin episentrinin yerləşdiyi Düzcə vilayətində evlərin 95%-nə elektrik enerjisi verilib.
Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Kocanın sözlərinə görə, son məlumatlara əsasən, zəlzələdən zərərçəkənlərin sayı 80-ə çatıb. Onlardan 23-ü xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, ötən gecə Türkiyənin Düzce vilayətində baş vermiş 5,9 bal gücündə zəlzələdən sonra əksəriyyəti dörd baldan yuxarı olmaqla 70-dən artıq avterşok qeydə alınıb. Zəlzələ nəticəsində yaralananların sayı 50-yə çatıb.
23.11.2022 13:28:00
Oxuma sayı: 1338