Rusiya bu gün Ukraynaya 67 raket atıb
Ölçü:


Ukrayna ordusu bu gün Rusiya tərəfindən atılan 67 qanadlı raketdən 51-ni vurub.

Koordinat.az
 xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeriy Zalujnı "Telegram" kanalında bildirib. O, təkcə Kiyevə 30 raketin buraxıldığını, 20-nin vurulduğunu qeyd edib.

Xatırladaq ki, zərbələr nəticəsində Ukraynanın enerji infrastrukturuna ciddi ziyan dəyib. Ölən və yaralananlar var.
23.11.2022 18:33:00
Oxuma sayı: 298