Putin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacağına əmin deyil
Ölçü:

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının mümkün olduğunu bildirib.

Koordinat.az
xəbər verir ki, Rusiya lideri bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şurasının İrəvanda keçirilən iclasında danışıb. Onun fikrincə, hazırda davam edən danışıqların yekun nəticəsində Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına əmin olmasa da, buna nail olmaq mümkündür. O, həmçinin qeyd edib ki, sərhədin delimitasiyası, nəqliyyat və humanitar məsələlərlə bağlı qərarlar Bakı və İrəvana sülh müqaviləsi imzalamağa imkan verəcək.

Qeyd edək ki, İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlət başçılarının toplantısı keçirilir.
 

23.11.2022 18:13:00
Oxuma sayı: 303