Paşinyan KTMT dövlət başçılarından inciyib
Ölçü:

İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlət başçılarının toplantısı keçirilir.

Koordinat.az
xəbər verir ki, toplantı Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışı ilə başlayıb. Paşinyan çıxışı zamanı KTMT-nin fəaliyyətindən incikliyini ifadə edib. Deyib ki, faktiki olaraq bu günə kimi KTMT-nin üzvü olan ölkələr Azərbaycanın Ermənistanla sərhəddə həyata keçirdiyi hərbi əməliyyatlara dair münasibətlə bağlı bir qərara gələ bilməyib. O, əminliklə bildirib ki, bu fakt həm Ermənistan daxilində, həm də ondan kənarda KTMT-nin imicinə böyük zərbə vurur.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir. Bu dövlətlərin başçıları İrəvandakı toplantıda iştirak edirlər.
 
23.11.2022 17:46:00
Oxuma sayı: 307