Rusiya və Türkiyə generalları Sarıbaba yüksəkliyində - FOTO
Ölçü:

Qeyri-qanuni erməni silahlı dəstələrinin Sarıbaba yüksəkliyinin şimal istiqamətində basdırdığı və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilən Ermənistan istehsalı olan piyada əleyhinə mina sahəsinə baxış keçirilib.

Koordinat.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Müdafiə Nazirliyinin dəvətinə əsasən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri general-mayor Fatih Akpınar və Rusiya kontingentinin rəhbəri kontr-admiral Oleq Semyonov noyabrın 23-də həmin ərazidə olublar.

Qeyd edək ki, 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina bölmələrimiz tərəfindən noyabrın 21-də zərərsizləşdirilib.
23.11.2022 17:14:00
Oxuma sayı: 301