KTMT Azərbaycanla sərhədə missiya göndərir
Ölçü:


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana yardım tədbirləri haqqında qərar layihəsi hazırlayıb.

Koordinat.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Stanislav Zas İrəvanda təşkilata üzv ölkələrin xarici işlər və müdafiə nazirləri, Təhlükəsizlik Şurası rəhbərlərinin birgə iclasında deyib. Ermənistan-Azərbaycan sərhədində gərginliyin davam etdiyini deyən Zas qeyd edib ki, İrəvana yardım layihəsi tərəflərin rəy və təklifləri əsasında tərtib olunub.

“Bura KTMT-nin monitorinq missiyası da aiddir”, - deyə baş katib bildirib.

Qeyd edək ki, bu gün İrəvanda KTMT-nin sammiti keçirilir. Ermənistana yardım layihəsi sammitdə müzakirə olunacaq.

23.11.2022 16:39:00
Oxuma sayı: 294