Paşinyan Putini aeroportda qarşıladı
Ölçü:

Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlət başçılarının sammitində iştirak etmək üçün İrəvana gəlib.

Koordinat.az
xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Putini hava limanında qarşılayıb.

Qeyd edək ki, Putin artıq səkkizinci dəfədir Ermənistana səfər edir. O, sonuncu dəfə 2019-cu ilin oktyabrında Avrasiya İqtisadi İttifaqının dövlət başçılarının sammitində iştirak etmək üçün İrəvanda olub.

 

23.11.2022 15:46:00
Oxuma sayı: 299