Vahid Əhmədov: “Bu islahatlar həyata keçsə...”

Koordinat.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib. O qeyd edib ki, “kölgə iqtisadiyyatı” bütün dünyada mövcuddur: "Amma biz "kölgə iqtisadiyyatı"nı minimuma endirməyi bacarmalıyıq. Ona görə ki, verginin uçotdan gizlədilməsi, vergi ödənişlərinin gecikdirilməsi, qeyri-leqal iş yerlərinin olması kimi hallar mövcuddur. Bunları aradan qaldırmaq üçün vergi sistemində şəfafflığı təmin etmək lazımdır. Elə etmək lazımdır ki, sahibakarlar vergi haqlarını könüllü ödəsinlər, daha ikiqat uçot sistemi aparmasınlar. Belə bir islahat forması hazırlanır. Doğrudur, hələ parlamentə daxil olmayıb. Amma məndə olan məlumata görə, bunun üzərində çox böyük işlər gedir. Əgər həmin islahatlar həyata keçərsə, çox böyük dəyişikliklər olacaq. İnsanlar da Azərbaycanda sahibkarlığın inkişafı üçün vergi sistemindəki islahatları gözləyir”.
Deputat bildirib ki, hazırlanan dəyişikliklər sırasında əməkhaqqının üzərinə düşən fiskal yükün azaldılması məsələsi xüsusi yer tutur: “Bu da müəyyən islahatlar tələb edir. Mən belə hesab edirəm ki, Mikayıl Cabbarov bu məsələlərlə məşğuldur və yaxın müddətdə Milli Məclisə hansısa sənəd təqdim edəcəklər”.
11.10.2018 11:46:00
Oxuma sayı: 345