Ordunun qış mövsümünə hazırlığı yoxlanılır –nazirlik rəsmiləri cəbhə xəttində
Ölçü:


Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən Maddi-Texniki Təminat Baş İdarəsinin bir qrup zabiti cəbhəboyu zonada hündür dağlıq ərazi və şərt iqlim şəraitində yerləşən bölmələrdə olublar.

Müdafiə Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin müavini – MTT qərargahının rəisi polkovnik Qədir Nəsibovun rəhbərlik etdiyi qrup bölmələrin qışa hazırlığı işinin keyfiyyətini, şəxsi heyətin qış mövsümü normalarına uyğun təminatı və təchizatını yoxlayıblar: “Şəxsi heyətlə görüşlərdə müvafiq xidmətin daha keyfiyyətli təşkili ilə bağlı Müdafiə nazirinin tələb və göstərişləri vəzifəli şəxslərə çatdırılıb, metodiki məşğələlər keçirilib”.
11.10.2018 12:19:09
Oxuma sayı: 119