Dünya fond birjalarında yeni iqtisadi böhran başlayır?
Çin, Yaponiya və Koreya fond birjaları ciddi geriləyib.
Koordinat.az xəbər verir ki, Yeni Zelandiyanın maliyyə bazarı da mənfiyə doğru gedib.
ABŞ fond birjasında müşahidə olunan geriləmə səhər saatlarında Honq Konq birjasının 3%, Yaponiya birjasının 3,5%, Kospi fond birjasının da 3,5% düşməsinə yol açıb.
Asiyanın MSCI indeksi 3,86% ümumi dəyər itirib. Çinin telekommunikasiya nəhəngi “Tencent”in qiymətli kağızları da 7% ucuzlaşıb.
Fond birjalarında yaranmış panika Beynəlxalq Valyuta Fondunun xəvbərdarlıqları ilə bağlıdır. Belə ki, sentybarın 26-da Federal Rezerv Sisteminin dolların uçot dərəcəsini 2-2,5% diapazonuna qaldırması dövlət istiqrazlarının kütləvi satılmasına yol açıb. Nəticədə, ABŞ-ın NASDAQ 100, Dow Jones və s. əsas birja indeksləri mənfiyə yuvarlanmışdı.
Həmin vaxt Tramp Federal Rezerv Sisteminin qərarını ağılsızlıq adlandırmışdı.
11.10.2018 11:13:00
Oxuma sayı: 198