İrandan Azərbaycana narkotik gətirən 3 nəfər saxlanıldı
Ölçü:


Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahə­sində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Koordinat.az xəbər verir ki, 4 oktyabr tarixində sərhəd qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonu Bala-Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində həyata ke­çi­rilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respub­li­ka­sından Azərbaycan dövlət sərhədindən keçirilmiş 725 qram heroinlə Sabirabad rayon sakini 1970-ci il təvəllüdlü Hüseynov Hüseyn Bəy­ba­la oğlu və Gürcüstan vətəndaşı 1995-ci il təvəllüdlü Əliyev Anar Ten­giz oğlu saxlanıl­ıblar.

11.10.2018 10:32:00
Oxuma sayı: 153