Xətai gəncləri peşə kurslarına cəlb olunub
Ölçü:


Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İlk peşəmiz” layihəsi çərçivəsində növbəti tədbirini Binəqədi "Gənclər Evində" təşkil edib.

Koordinat.az xəbər verir ki, layihənin başlıca məqsədi gənclərə peşəyönümü sənət öyrətməklə maarifləndirici sosial dəstək vermək, onların gələcək karyerası üçün bacarıq və vərdişlərinin formalaşmasına, sənətə yiyələnməsinə yardımçı olmaq, yetişməkdə olan gənc nəslin yüksək keyfiyyətli peşə hazırlığını təmin etmək, müvafiq müəssisə və təşkilatların tələbatının ödənilməsi üçün kadrların hazırlanması işinə töhvə verməkdir.

Layihə çərçivəsində Bakı şəhərinin Xətai rayonu üzrə 20 nəfər gəncin iştirakı ilə tədbir keçirilib, iştirakçı gənclərə sertifikatlar təqdim olunub.

Tədbir zamani təlimçi gənclər pəşə yönümlü sənətlər haqqında məlumatlandırıb və əsasən aşbazlıq, bərbərlik və dərzilik peşələrini haqqında informasiyalar verilib.
Tədbirdə Xətai rayonu Gənclər və İdman İdarəsini baş məsləhətçisi Elvin Orucov, Xətai rayonu 263 nömrəli məktəbin nümayəndəsi Aynur Qəmbərova və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin nümayəndəsi Cavid Suleymanov iştirak ediblər.

Xatırladaq ki, Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi 17 dekabr 2001-ci ildə təsis olunub. Təsis olunduğu dövrdən də, gənclərin formalaşmasında, bədii təxəyyülünün inkişafında, sosial problemlərinin həllində yaxında iştirak edərək, bir çox layihələr həyata keçirib.
 
06.12.2017 14:48:00
Oxuma sayı: 60