Ukraynadan Belarusa gizli yollarla silah daşınır
Ölçü:


Ukraynadan Belarusa qeyri-leqal yollarla çoxlu sayda silah daxil olur.

Koordinat.az xəbər verir ki, bu barədə Ukraynanın keçmiş Prezidenti Viktor Yuşenko ilə görüşündə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. O qeyd edib ki, Ukraynada baş verən hadisələrin, gedən proseslərin Belarusa təsiri böyükdür. “Xüsusilə Ukrayna sərhədlərindən Belarusa silahların axını bizi narahat edir. Biz onların əksəriyyətini müsadirə edirik”.

Görüşdə Ukrayna daxilində gedən proseslər, iki ölkə arasında münasibətlərin tarixi və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
08.10.2018 15:29:54
Oxuma sayı: 496