Müttəfiqləri Qüds məsələsində Trampa etiraz
Ölçü:


ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması dünya ictimaiyyətinin narazılığına səbəb olub.

Koordinat.az xəbər verir ki, BBC-nin yaydığı məlumata görə, ABŞ-ın müttəfiqi Səudiyyə Ərəbistanı da Qüds məsələsi ilə bağlı bəyanat yayıb. Krallığının rəsmi bəyanatında qeyd olunub ki, Donald Trampın Qüdsü paytaxt kimi tanıması əsassız və məsuliyyətsiz qərardır.

BMT-nin Təhlükəsizlik Şurasının 15 üzvündən 8-i b həftə sonu Qüdslə bağlı təcili görüşün keçirilməsi çağırışını edib.

Malayziyanın baş naziri Nəcib Razak da müsəlman dünyasını bu qərara qarşı birləşməyə, qəti addımlar atmağa çağırıb.

BMT-nin baş katibi Antonio Quterreş isə bildirib ki, Amerikanın qərarı böyük narahatlıq doğuran məqamdır.

 Böyük Britaniyanın baş naziri Tereza Mey qeyd edib ki, Amerikanın qərarı ilə razı deyil və bu, regionda sülhə heç bir fayda verməyəcək.

Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron da bəyan ediblər ki, ölkələri Amerikanın İsraildəki səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsini dəstəkləmirlər.

Avropa Birliyi diplomatiyasının rəhbəri Federika Mogerini isə Ağ Evin addımınının ciddi narahatlıq doğurduğunu söyləyib.

Qeyd edək ki, Türkiyə, Fələstin, İran da Trampın qərarını pisləyib. İsrailin baş naziri Benyamin Netanyahu isə Trampın qərarını “tarixi gün” kimi xarakterizə edib. Və Trampa təşəkkür edib.
07.12.2017 10:44:25
Oxuma sayı: 39