ABŞ dövlət katibi Şimali Koreya lideri ilə görüşdü
Ölçü:


ABŞ dövlət katibi Mayk Pompeo Pxenyanda Şimali Koreya lideri Kim Çen İnla görüşüb.

Koordinat.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“Şimali Koreyada Kim Çenlə möhtəşəm görüş oldu. Biz Sinqapurda əldə olunan razılıqlarla bağlı irəliləyiş əldə etməyə davam edirik”, - Pompeo bildirib.

Qeyd edək ki, Pompeo Pxenyandan sonra Cənubi Koreyaya səfər edib. Daha sonra

Çinə yollanacaq dövlət katibi bu olkələrin rəsmiləri ilə KXDR səfərinin nəticələrinə dair müzakirələr aparacaq.

Xatırladır ki, bu, M.Pompeonun Şimali Koreyaya 4-cü səfəri idi.
07.10.2018 14:42:00
Oxuma sayı: 594