Sabah yağış gözlənilir
Ölçü:



İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Koordinat.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə,

Böyük və Kiçik Qafqaza səyahət edən insanlar bu bölgədə gündüz əsasən yağmursuz hava şəraiti müşahidə etsələr də, səhər və axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 18-23, dağlıq rayonlarda 9-14 dərəcəisti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinəüz tutanlarıarabir yağışlı hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-25, dağlıq rayonlarda 11-16 dərəcəisti təşkil edəcək.

Aran rayonlarındaəsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, oktyabrın 07-si gündüz qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi üstünlük təşkil edəcək.Havanın maksimal temperaturu18-23 dərəcəisti təşkil edəcək.

Naxçıvan MR-dahava şəraitininəsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 22-27 dərəcəisti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırırıq ki,okytabrın 06-sı gündüz, 07-si gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 19-21 dərəcə isti təşkil edəcək.

05.10.2018 17:38:00
Oxuma sayı: 525